Türkiyədə daha bir məktəbdə silahlı insident olub.
Publika.az xəbər verir ki, hadisə Kahramanmaraş şəhərində baş verib. İlkin məlumata görə, hadisə nəticəsində 6 nəfər yaralanıb.
İnsidentin necə baş verməsi ilə bağlı detallar hələlik açıqlanmayıb.
Qeyd edək ki, ötən gün Şanlıurfada yerləşən məktəblərdən birində şagirdin silahlı hücumu nəticəsində 18 nəfər yaralanmışdı.