AZ

Yüksək Liqa: Final oyunlarının tarixləri açıqlanıb

Qadın və kişi voleybolçuların Yüksək Liqasında üçüncü yer və çempionluq uğrunda oyunların keçiriləcəyi tarixlər bəlli olub.

Apasport.az xəbər verir ki, aprelin 18-də kişilərin Yüksək Liqasında üçüncü yer uğrunda “Neftçi” və “Murov Az Terminal” klubları, finalda isə “Xilasedici” və “Ordu” komandaları üz-üzə gələcəklər.

Qadın voleybolçular mükafatlar üçün aprelin 19-da meydana çıxacaqlar. Xanımların mübarizəsində üçüncü yer uğrunda “Milli Aviasiya Akademiyası” ilə “Gəncə”, finalda isə “Turan” və “DH Volley” komandaları qarşılaşacaqlar.

Hər iki final oyunundan dərhal sonra qaliblərin mükafatlandırma mərasimi baş tutacaq.

18 aprel

Yüksək Liqa (kişilər)

Üçüncü yer uğrunda oyun

13:00. “Neftçi” - “Murov Az Terminal”

Final

16:00. “Xilasedici” - “ORDU”

19 aprel

Yüksək Liqa (qadınlar)

Üçüncü yer uğrunda oyun

13:00. “Milli Aviasiya Akademiyası” - “Gəncə”

Final

16:00. “Turan” - “DH Volley”

Azərbaycan birinciliyində pley-off mərhələsinə start veriləcək

İlkin mərhələyə yekun vuruldu

Voleybolçularımızdan AÇ təsnifatında uğursuz çıxış

Azərbaycan birinciliyinə yekun vurulub

“Gəncə” və MAA ilk raundu qalib başa vurdu

Seçilən
2
apasport.az

1Mənbələr