AZ

Hücumu 8-ci sinif şagirdi törədib… - Türkiyədə məktəbə hücumun TƏFƏRRÜATI – VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyənin Kahramanmaraş vilayətində yerləşən Ayşel Çalık orta məktəbinə silahlı hücum qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədə daha bir məktəbə silahlı hücum – Yaralılar var – FOTO/VİDEO


Bizim.Media “TRT Haber”ə istinadla xəbər verir ki, Kahramanmaraş valise Mükerrem Ünlüer hadisə ilə bağlı açıqlamalar verib.

Vali hücum nəticəsində 4 nəfərin (1 müəllim, 3 şagird) həyatını itirdiyini, 20 nəfər yaralandığını bildirib:

“Silahlı hücumu səkkizinci sinif şagirdi həyata keçirib. Hücumda beş silahdan istifadə olunub, 20 daraq güllə atılıb. Hücumu törədən şəxsin atası hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşıdır”.

Xatırladaq ki, dünən Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən liseylərdən birində silahlı hücum baş verib. Hadisə nəticəsində 18 nəfər yaralanıb, hücum edən şəxs isə intihar edib.


Bizim.Media

Seçilən
24
7
bizim.media

10Mənbələr