AZ

SON DƏQİQƏ: Ərdoğan onları TƏHDİD ETDİ – “Məhv olacaqlar”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin sıradan bir dövlət olmadığını vurğulayaraq bildirib ki, heç bir qüvvənin Türkiyəyə və onun prezidentinə hədə-qorxu gəlməyə haqqı yoxdur.

KONKRET.az xəbər verir ki, Ərdoğan bu fikirləri Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlament fraksiyasının iclasında çıxışı zamanı səsləndirib.

O, Türkiyəyə və onun rəhbərliyinə qarşı təhqiramiz ifadələrin “qəbuledilməz” olduğunu qeyd edib.

“Qoy heç kim bizim təmkinimizi və sağlam düşüncəmizi zəiflik kimi qiymətləndirməsin. Biz heç kimə bu mövzuda yanılmaq imkanı vermərik. Bu xalqı əsarət altına ala biləcəyini düşünənlər anlamalıdır ki, lazım gəldikdə dağları yerindən oynatmağa gücümüz və iradəmiz var”, – deyə Ərdoğan bildirib.

Prezident əlavə edib ki, “Türkiyənin 40 illik terror problemindən qurtulmasını istəməyən qüvvələr bu prosesdən narazılıqlarını gizlətmirlər”.

Bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Baş naziri Benyamin Netanyahunu ABŞ və İran arasında aparılan danışıqlarla bağlı mövqeyinə və Prezident Ərdoğana yönəlmiş tənqidlərinə görə sərt şəkildə qınamışdı. Nazirliyin bəyanatında qeyd olunub ki, İsrail regionda davam edən sülh danışıqlarını pozmağa və öz ekspansionist siyasətini davam etdirməyə çalışır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
22
1
konkret.az

2Mənbələr