GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakıda yerləşən Dənizkənarı Milli Park ərazisində yenidən narazılıq doğuran hadisə baş verib.
Globalinfo.az bildirir ki, Ölkə.az-ın məlumatına görə, parkda müxtəlif güllərlə bəzədilmiş sahədə bəzi şəxslər tərəfindən güllər qoparılaraq buket hazırlanıb.
Bu anlar çəkilərək sosial şəbəkələrdə paylaşılıb.
Xatırladaq ki, bir neçə gün öncə parkda yerləşən və müxtəlif güllərdən ibarət olan sahə yararsız hala salınıb. Dağlalələri dibindən qoparılıb, lalə və zanbaqlardan ibarət olan hissədəki çiçəklər qırılıb.
Məlum olub ki, gülləri yararsız hala salanlardan bəziləri bir sıra blogerlərdir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.