Müəllif: Gülnar Əhmədli, Banco.az
"Kapital Bank"ın xalis mənfəəti 2026-cı ilin birinci rübündə 120 milyon 170 min manat təşkil edib. Bankın xalis mənfəəti illik müqayisədə 65 milyon 284 min manat və ya 2,2 dəfə artıb.
Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, bu ilin 1 aprel tarixinə "Kapital Bank"ın aktivləri 11 milyard 800 milyon 951 min manata bərabər olub.
Aprel ayının əvvəlinə "Kapital Bank"ın kredit portfeli 5 milyard 467 milyon 925 min manat, depozit portfeli isə 8 milyard 495 milyon 216 min manat olub.
Bankın kredit portfeli 2025-ci ilin eyni dövrü ilə müqayisədə 129 milyon manat (2,4%) artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!