AZ

Kirayə bağ evlərinin qiyməti qalxır? Bu tarixdən

Lent az saytına istinadən ain.az xəbər verir.

Havalar isindikcə bağ evlərinin kirayə bazarı açılır. İstər Bakıda və Abşeronda, istərsə də turizm turizm bölgələrindəki bağ evlərinə hər il müraciət olunur.

Bəs görəsən, bu il ötən illərə nisbətən kirayə qiymətlərində artımlar gözlənilir?

Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Azadov Lent.az-a açıqlamasında bildirib ki, bu il Azərbaycana turist axını artacaq:

“Turizmin perspektivləri həm daxili bazarda olan potensial müştərilərin sosial-maddi vəziyyəti, həm də xarici və daxili bazardakı təkliflərlə sıx bağlıdır. Bu il dünyada, xüsusən də İran və Ərəb körfəzi ölkələrində olan siyasi vəziyyət beynəlxalq turizmə ciddi təsir edir və edəcək. Həmin ölkələrə olan turizm axınının kifayət qədər aşağı düşməsi gözlənilir, həmçinin, artıq turların bir çoxu ləğv olunur və turistlər alternativ ölkələrə yönəlirlər. Bu baxımdan Azərbaycana əvvəlki illərdən fərqli olaraq, daha böyük turizm axını proqnozlaşdırılır. Sözsüz ki, bu, daxili bazara da təsir edəcək.

Nəzərə almaq lazımdır ki, daxili bazar iki seqmentdən asılıdır - daxili bazara yönəlmiş turistlər və Azərbaycan vətəndaşlarının xarici ölkələrə axını. Sözsüz ki, xaricə gedənlərin də istiqaməti dəyişəcək. Ərəb körfəzi ölkələrinə səfər etmək istəyən turistlərin sayı kifayət qədər azalacaq, bununla yanaşı Türkiyədə turizm potensialının artırılması gözlənilir. Az-çox bu da, daxili bazara təsir edəcək.

Daxili bazarda daha geniş də populyar olan seqment, “Sea Breeze” ərazisidir. Burada yeni infrastrukturlar yaradılır. Növbəti ildən bazara çıxış imkanları daha da artacaq. Lakin “Sea Breeze” əvvəlki illərdən fərqli olaraq bu il böyük bir təklif verir.

Bu ilin perspektivi odur ki, Bakı və Abşeron ərazisinə axın çoxalacaq. Regionlarda hələ ki, əvvəlki illərdən fərqli turizm axını gözlənilmir. Beynəlxalq turizm üçün maraqlı olan əsas rayon Qəbələdir. Qəbələ yolunun təmir olunması ilə əlaqədar həmin əraziyə axın çoxalacaq.

Pandemiyadan sonrakı dövrdə, 2021-2022-ci ildə Bakı və Abşeron ərazisində böyük həcmdə əmlak bazara çıxmışdı, qiymətlər stabilləşmişdi. Hazırda kirayə bazarı da kifayət qədər dolub. İyun ayının 15-dən sonra Bakı və Abşeron ərazisində yerləşən bağ evlərinin kirayə qiymətləri formalaşacaq. Hələklik bu halda danışmaq tezdir. Rusiyadan gələn əsas turist axımı da perspektivini qoruyacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
lent.az

1Mənbələr