Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərin birinə silahlı hücum nəticəsində ölən və yaralananlar var.
15:16
Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərin birinə silahlı hücum nəticəsində ölən və yaralananlar var.
Hit.az xəbər verir ki, bu barədə şəhər valisi Mükerrem Ünlüer məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində hələlik 6 yaralı və bir ölü məlumdur.
15:03
Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərin birinə silahlı hücum olub.
Hit.az xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində 6 nəfər yaralanıb.
Əraziyə çox sayda polis və təcili tibbi yardım briqadaları göndərilib. Qeyd edək ki, dünən də Türkiyənin Şanlıurfa şəhərindəki liseylərin birinə hücum olmuş, 16 nəfər yaralanmışdı.