Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiyanın Xalq artisti Filip Kirkorov da keçmiş həyat yoldaşı, Xalq artisti Alla Puqaçovanı 77 yaşı tamam olması münasibəti ilə təbrik edib.
Axşam.az xəbər verir ki, sənətçi eks-xanımı ilə görüntülərini yayımlayaraq bunları yazıb:
"Əvvəlcə musiqi albomlarında, sonra isə rəsmi sənədlərdə. Xatırladığım və qürur duyduğum həyatımın böyük bir hissəsi. Böyük müğənni, böyük qadın. İnanıram ki, hələ də görüşəcəyik. Ad günün mübarək, Alla!".
Qeyd edək ki, Kirkorovla Puqaçova 1994–2005-ci illərdə evli olub. Puqaçova hazırda şoumen Maksim Qalkinlə evlidir. Onların iki övladı var.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.