Metbuat.az xəbər verir ki, millət vəkilləri aktyora xüsusi diqqət göstərib, onunla xatirə şəkli çəkdiriblər. Xarici işlər naziri Hakan Fidan isə Sefa Zenginlə xeyli söhbət edib. Sefa Zengin hakim partiyanın deputatları ilə bir araya gəlməsi onun tezliklə AKP-yə üzv olacağına dair iddiaların ortaya çıxmasına səbəb olub. Türkiyə mediası Zenginin parlamentdə görünməsinə geniş yer ayırıb.
Qeyd edək ki, “Kurtlar Vadisi” serialında canlandırdığı “Erdal” obrazı ilə geniş tamaşaçı auditoriyası qazanan 57 yaşlı aktyor hazırda “Yeraltı” serialında çəkilir.