AZ

Erməni oliqarx məhsullarını Azərbaycan üzərindən satmaq istəyir

ain.az bildirir, Modern.az saytına əsaslanaraq.

Ermənistanda hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Xaçaturn Sukiasyan ailə biznesinə məxsus məhsulların Azərbaycan ərazisindən ixracını mümkün hesab edib.

Modern.az xəbər verir ki, deputat bu məsələdə əsas amilin iqtisadi səmərəlilik olduğunu bildirib.

Onun sözlərinə görə, qiymət siyasəti sərfəli olarsa, istənilən biznes rəqabət qabiliyyətini artırmaq üçün uyğun marşrutlara üstünlük verəcək.

Sukiasyan əlavə edib ki, müxtəlif logistika istiqamətlərini, o cümlədən Azərbaycan üzərindən keçən marşrutları nəzərdən keçirən sahibkarlara dəstək verməyi planlaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
2
modern.az

3Mənbələr