AZ

Dəniz blokadası davam edərsə, İran Qırmızı dənizdə ticarəti bağlayacaq – İranlı general

Bakı. Trend:

ABŞ-nin İrana qarşı dəniz blokadası davam etdiyi və İranın nefttankerləri və ticarət gəmilərinə təhlükəli şərait yarandığı halda,İran Fars körfəzi, Oman körfəzi və Qırmızı dənizdə heç bir idxal vəixracın davam etməsinə imkan verməyəcək.

Trend-inməlumatına görə, bunu İranın Xatəm əl-Ənbiya Qərargahının komandanıordu generalı Əli Abdullahi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ-nin İrana qarı dəniz blokadasıatəşkəsin pozulması üçün ilk addım hesab olunacaq.

Abdullahi bildirib ki, İran milli hakimiyyəti və mənafeyinivar-gücü ilə müdafiə edəcək.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığınınrəhbəri admiral Bred Kuper bildirib ki, İran limanlarının blokadasıuğurla təmin edilib. Belə ki, ABŞ Silahlı Qüvvələri Yaxın Şərqdədəniz üstünlüyünə və ABŞ son 36 saat ərzində İranın dənizticarətini iflic vəziyyətə gətirməyə nail olub.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədarkonkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ vəİsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmingündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA iləatəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞvə İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldəolunmayıb.

Məqalədə:
Seçilən
10
1
az.trend.az

2Mənbələr