Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Zelenski birbaşa Ukraynanın Avropanı Rusiyadan qoruyacağını bildirir”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin Ukraynanın əsas rol oynadığı yeni hərbi blokun yaradılmasını müzakirə etdiyini açıqlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, nazir bu barədə Pekində keçirilən mətbuat konfransında deyib.
"Yeni blok Ukraynanın əsas iştirakçısı olduğu şəkildə qurulur. Zelenski birbaşa Ukraynanın Avropanı Rusiyadan qoruyacağını bildirir", - deyə nazir qeyd edib.
Lavrovun sözlərinə görə, belə bir ittifaqın yaradılması ideyası, xüsusən də ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Keyt Kelloq tərəfindən irəli sürülüb.
Nazir vurğulayıb ki, Vaşinqton Çinə diqqət yetirmək üçün Rusiyanı cilovlamaq məsuliyyətini Avropaya ötürməyə çalışır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.