AZ

Kurator: Sərgidə rəssamın əsərləri yeni ifadə forması qazanaraq xalçalarda təcəssüm olunub

Bakı, 15 aprel, AZƏRTAC

Mədinə Qasımova rəngkarlıq, qrafika, mozaika və vitraj ilə işləyən multidissiplinar rəssamdır. “Yaddaşa həkk olunan təsvir” adlı yeni sərgi bizim üçün xüsusilə əhəmiyyətlidir, çünki burada onun əsərləri yeni ifadə forması qazanaraq xalçalarda təcəssüm olunub.

Bunu AZƏRTAC-a açıqlamasında sərginin kuratoru Daria Kravçuk deyib.

O qeyd edib ki, Milli Xalça Muzeyinin komandası və ənənəvi texnologiyalar şöbəsi ilə birgə Mədinənin rəngkarlıq əsərlərinə əsaslanan beş xalçadan ibarət silsilə yaradıblar. “Bu prosesdə bizim üçün əsas məqam müasir incəsənətlə ənənəvi sənətkarlıq arasında dialoqu qurmaq idi. Sərgidə “Nose” parfüm brendinin layihə üçün yaratdığı iki ətir var. Bununla da sərgi yalnız vizual deyil, eyni zamanda eşitmə və qoxu duyğuları ilə qavranılır. Layihənin əsas ideyası obrazın bir mediadan digərinə keçididir. Mədinə çox vaxt yaradıcılığa rəngkarlıqdan başlayır, daha sonra isə həmin obrazı mozaika, vitraj və digər formalara transformasiya edir”,- deyə kurator əlavə edib.

Müxbir - Fidan Əlizadə
Fotoqraf - Səfiyar Məcnun
Seçilən
27
1
azertag.az

2Mənbələr