AZ

“Dünya susur” Deputatdan mina təhlükəsi ilə bağlı sərt AÇIQLAMA

ain.az bildirir, Bakivaxti portalına istinadən.

Azərbaycanda minalar hələ də insanların həyatına son qoymaqda davam edir. Aprelin 14-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində tank əleyhinə minaya düşərək həlak olub.

Bu faciə minaların yaratdığı davamlı humanitar təhlükəni və azad edilmiş ərazilərin təhlükəsizliyinin təmin olunması üçün çalışan insanların hər gün üzləşdiyi ciddi riskləri bir daha göz önünə sərir.

2020-ci il müharibəsindən sonra bu günədək 422 Azərbaycan vətəndaşı mina qurbanına çevrilib. Mövcud vəziyyət minatəmizləmə işlərinin sürətləndirilməsi və bu istiqamətdə beynəlxalq dəstəyin artırılmasının nə qədər zəruri olduğunu açıq şəkildə göstərir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Ceyhun Məmmədov deyib ki, ümumi prosesə baxanda görürük ki, Qarabağ və Şərqi Zəngəzur partlamamış sursatlarla çirklənmə baxımından dünyada ilk sıradadır.

Deputat vurğulayıb ki, bu ərazilər ermənilər tərəfindən uzun müddət ərzində dəhşətli dərəcədə çirkləndirilib: 

“İşğaldan azad edilmiş ərazilərimizin çirklənmə səviyyəsi həddindən artıq yüksəkdir. Mina terroru ilə bağlı məsələnin narahatedici digər tərəfi odur ki, biz beynəlxalq aləmin hadisələrə reaksiyasından tam məmnun deyilik. Dünyanın ayrı-ayrı ölkələrində belə hadisələrə daha həssas reaksiya və fərqli münasibət var. Amma Azərbaycana gəldikdə, biz həmin yanaşmanı görmürük".

Ceyhun Məmmədov: O da reallıqdır ki, Azərbaycan öz gücü hesabına çox böyük işlər görüb

Onun sözlərinə görə, bu da haqlı olaraq ölkəmiz tərəfindən həmin dövlətlərin və beynəlxalq təşkilatların ikili standartı kimi dəyərləndirilir:

"Bakı çox çalışdı ki, dünyanın diqqətini bu məsələyə çəksin, beynəlxalq birlik bu məsələyə daha diqqətli yanaşsın. Azərbaycan bu sahədə kifayət qədər işlər görüb və görməyə davam edir. Təəssüf ki, bunun şahidi olmadıq, dünyada bu məsələyə laqeyd münasibət var”. 

Parlament üzvü qeyd edib ki, mina məsələsi hər zaman gündəmdə saxlanılmalı, dünyanın diqqəti daim buna yönəldilməlidir: 

“Beynəlxalq birlik İrəvana həm təzyiq, həm də maliyyə yardımı göstərməlidir ki, işğaldan azad edilmiş ərazilərimizi minalardan tam təmizləmək mümkün olsun. Əks halda proses uzanacaq. O da reallıqdır ki, Azərbaycan öz gücü hesabına çox böyük işlər görüb”.

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
bakivaxti.az

1Mənbələr