
İranın ABŞ ilə danışıqlar zamanı yüksək dərəcədə zənginləşdirilmiş uranı aşağı dərəcəli urana çevirməyə hazır olduğunu ifadə etdiyi iddia olunur.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "NBC News" telekanalı öz mənbəsinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, ötən həftə İslamabadda keçirilən danışıqlar zamanı ABŞ yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının İslam Respublikasından çıxarılmalı olduğunu bildirib. NBC News-un həmsöhbətinin dediyinə görə, İran bunun əvəzinə uran ehtiyatlarının zənginləşdirilmə dərəcəsinin aşağı salınmasına hazır olduğunu ifadə edib. Bu proses "daha təhlükəli olan yüksək dərəcədə zənginləşdirilmiş uranın" "təbii və ya daha az zənginləşdirilmiş uran" ilə qarışdırılmasını nəzərdə tutur.
Məryəm Quliyeva