AZ

Azərbaycanın dövlət borcu üzrə proqnozları açıqlanıb

Bakı. Trend:

2026-cı ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun(xarici və daxili) ümumi məbləğinin 27,6 milyard manat səviyyəsinəvə ya proqnozlaşdırılan ÜDM-in 21,1 faizinə çatacağıgözlənilir.

Trend bubarədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bildiirlib ki, ortamüddətli (2027-2030-cu illər) dövrün sonunaAzərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumiməbləğinin 34,3 milyard manat səviyyəsinə çatacağı və 2030-cu ilüzrə proqnozlaşdırılan ÜDM-in 20,6 faiz səviyyəsində olacağıgözlənilir.

“Dövlət borcunun idarəedilməsi strategiyası iləmüəyyən olunmuşhədəflərin icrasına uyğun olaraq ölkədəki qiymətli kağızlarbazarının inkişafının dəstəklənməsi, xarici dövlət borcunun ümumidövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildəazaldılmasıvədaxili borcla əvəzləşdirilməsi, habelədaxili maliyyəbazarındadövlət istiqrazlarının yerləşdirilməsi hesabına dövlət büdcəsikəsirinin bağlanmasına vəsaitin yönəldilməsi nəticəsindədaxilidövlət borcunun səviyyəsi əhəmiyyətli dərəcədəartmışdır.

Qeyd olunanlar fonunda, 2026-cı il ərzindədövlət borclanmasınındaxili maliyyəbazarlarında emissiya ediləcək dövlət qiymətlikağızları iləyanaşı, beynəlxalq maliyyəqurumlarının vəsaitihesabına layihəmaliyyələşdirilməsi çərçivəsindəhəyata keçirilməsiplanlaşdırılır. Belə ki, Azərbaycan Respublikasının Prezidentitərəfindən su və nəqliyyat sektorları üzrətəsdiq edilmiş dövlətproqramlarının icrası istiqamətindəmüəyyən olunmuş bir sıraprioritet layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyəinstitutlarından xarici borcun cəlb edilməsi məqsədiləmüvafiqprosedurlara başlanılmışdır. Bu istiqamətdə, növbəti dövrərzindədəbeynəlxalq maliyyəinstitutları iləəməkdaşlıqçərçivəsindəprioritet layihələrin maliyyələşdirilməsi üçün kreditvəsaitlərinin cəlb edilməsi nəzərdə tutulur”, - məlumatda qeydedilib.

Məqalədə:
Seçilən
31
1
az.trend.az

2Mənbələr