AZ

"Liverpul"un sabiq üzvü yaşıl meydanlara baş məşqçi kimi qayıdır - FOTO

İngiltərə milli komandasının sabiq üzvü Conco Şelvi peşəkar futbolçu karyerasına rəsmən yekun vurub.

Moderator.az xəbər verir ki, o, idman sahəsindəki yoluna bundan sonra məşqçi ampluasında davam edəcək.

Belə ki, 33 yaşlı veteran yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirliklərini təmsil edən "Falkons" klubuna baş məşqçi təyin edilib. Sözügedən komanda hazırda ölkənin II Divizionunda çıxış edir.

Xatırladaq ki, Conco Şelvi peşəkar karyerası ərzində "Liverpul" və "Nyukasl Yunayted" kimi dünyaşöhrətli klubların formasını geyinib. O, eyni zamanda, İngiltərə yığmasının heyətində 6 qarşılaşmada yaşıl meydanda mübarizə aparıb.

Liverpulun sabiq üzvü yaşıl meydanlara baş məşqçi kimi qayıdır - FOTO

Seçilən
10
moderator.az

1Mənbələr