Bu sözlər IT sahəsi üzrə ekspert Osman Gündüzə məxsusdur. O bildirib ki, belə gedişlə rəqəbətədavamılılq gələcəkdə daha çətin ola bilər.
Ekspert regionun bir neçə ölkəsinin İT ixracını təhlil edib.
Qazaxıstan
2020-ci ildə İT sahəsində eksport $30 milyon olub, 2023-də $500 milyonolub, hazırda $1.2 milyard civarındadır.
Özbəkistan
2022-ci ildəİT eksport $100 milyon olub, hazırda təxminən 1 milyard civarındadır.
Ermənistan
5 il öncə təxminən $300 milyon olub. 2025-də $1 milyardıkeçib (Xidmət ixracının 20%-i İT sahəsindədir).
Ukrayna
Çoxdan $1 milyardı keçib. HazırdaİT eksportu $5-6 milyard həcmindədir
Azərbaycanda isə bu rəqəm $100 milyona yaxındır.
“Düşünürəm ki, daha cəld və effektiv qərarlar verilməlidir. Real, işlək dəstək mexanizmləri olmalıdır. Biznesi, startapları böyük layihələrə cəlb etmək lazımdır”,- ekspert vurğulayıb.
Osman Gündüz onu da qeyd edib ki, son günlər DVX tərəfindən açıqlanan "100 ən çox vergi ödəyicisi" siyahısı da İT sektordakı vəziyyətin necə olmasını açıq-aşkar göstərir: “Bu siyahının açıqlanmasından sonra hökumət gərək həyəcan təbili çalaydı, cavabdeh qurumlardan hesabat tələb edəydi. Lakin hələlik heç bir tərpəniş müşahidə olunmur. Ümdi edirəm aidiyyəti qurumlar da mövcud vəziyyətin fərqindədirlər”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta