AZ

Mayonez narkotik kimidir- Nə etməli?


Mayonez qatılmış qidalardan doymaq, əl çəkmək olmur. Çünki bu sous asanlıqla asılılıq yarada bilər.


Medicina.az xəbər verir ki, dietoloq Marqarita Korolevanın sözlərinə görə,bu asılılıq məşhur sousdakı konservantların və yağın bədənə təsiri nəticəsində baş verir:

"Yağ, duz və ya şəkər tərkibli qidalar beynin opioid sisteminə təsir göstərir və müntəzəm istifadə ilə asılılığa səbəb ola bilər".

Dietoloq əlavə edib ki, həddindən artıq mayonez mayenin tutulmasına, allergik reaksiyalara və çəki artımına səbəb ola bilər. Mütəxəssis bu sousu mülayim şəkildə istifadə etməyi və mağazadan alınan mayonezdən çəkinməyi tövsiyə etdi - təbii inqrediyentlərdən özünüz hazırlamaq daha yaxşıdır.

Ona görə də təbii mayonezi evdə hazırlayın.
AygünMusayeva


Seçilən
22
1
medicina.az

2Mənbələr