AZ

"İranla heç bir razılaşma yoxdur" - TRAMP

ABŞ Prezidenti Donald Tramp istədikləri təqdirdə İrandakı bütün körpüləri 1 saat ərzində məhv edə biləcəklərini iddia edib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp İranda hakimiyyətin faktiki olaraq dəyişdiyini vurğulayaraq mövcud rəhbərlərin məqbul insanlar olduqlarını bildirib.


Tramp "Fox News"ə verdiyi müsahibədə, İranla 28 fevraldan etibarən davam edən müharibə və onun təsirləri haqqında açıqlamalar verib.


İranın nüvə silahı istehsal etmə cəhdləri davam etdiyi müddətcə razılaşma olmayacağını söyləyən Tramp "Hər şey məhv edilib. Hava müdafiə sistemləri yoxdur, radarları yoxdur, liderləri yoxdur. Hazırkı rəhbərlər yeni bir rejimdir, başa düşürsünüz? Açıqca deyə bilərəm ki, müqayisə etdikdə olduqca məqbul olduqlarını düşünürük. Həqiqətən yeni bir rejim və məncə çox yaxşı irəliləyirik" - ifadələrini istifadə edib.


Tramp, "Yəni, heç bir razılaşma yoxdur. Bütün məsələ nüvə ilə bağlıdır. Onlar nüvə silahına sahib ola bilməzlər" - deyərək İranın nüvə silahına sahib olması halında "bir müddət daha onlarla məşğul olacaqlarını", - deyə bildirib.

Seçilən
13
manset.az

1Mənbələr