AZ

Nazirlər Kabinetinin bəzi səlahiyyətləri ləğv edilib

Bakı. Trend:

Nazirlər Kabinetinin bəzi səlahiyyətləri ləğv edilib, hərbixidmət sahəsində isə yeni tənzimləmələr tətbiq olunub.

Trend xəbər verir ki, bu,Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində, Cəzalarınİcrası Məcəlləsində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”,“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovulxidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbixidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polishaqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənintəsdiq edilməsi barədə” və “Bədən tərbiyəsi və idman haqqında”Qanunlara edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliklərə əsasən, bir sıra hallarda “hərbi komissarlıq”anlayışı “müvafiq icra hakimiyyəti orqanı” ilə əvəz edilib,həmçinin “həqiqi hərbi xidmət” anlayışı ilə bağlı dəqiqləşdirmələraparılıb.

Bundan əlavə, hərbi qeydiyyat, çağırış və xidmətə qəbulqaydaları yenilənib, bəzi maddələr ləğv olunub və yeni normalarmüəyyən edilib.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.

Seçilən
5
1
az.trend.az

2Mənbələr