AZ

Tualetlərə kameralar quraşdırılacaq: Qərar qalmaqala səbəb oldu

Paris məktəblərində artan cinsi zorakılıq hallarının qarşısını almaq üçün görünməmiş addım atılır. Şəhər rəhbərliyi 620 təhsil müəssisəsində videomüşahidə kameralarının quraşdırılmasını planlaşdırır.

Publika.az "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, layihə çərçivəsində kameraların hətta məktəb tualetlərində yerləşdirilməsi ehtimalı da nəzərdən keçirilir.

Lakin bu təşəbbüs birmənalı qarşılanmayıb. Tənqidçilər və ictimai təşkilatlar bu qərarın effektivliyinə şübhə ilə yanaşırlar. Onlar bildirirlər ki, şəhər hakimiyyətinin hətta dərsliklərin alınması üçün vəsaiti çatmadığı halda, bu qədər genişmiqyaslı kamera sistemi qurması real görünmür.

Fransadakı bu yeniliyin şəxsi həyatın toxunulmazlığı ilə bağlı ciddi mübahisələrə səbəb olacağı gözlənilir.

Seçilən
1
publika.az

1Mənbələr