AZ

Hakan Fidan misirli həmkarı ilə danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirin xarici işlər naziri Badr Abdelatti ilə telefon danışığı aparıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, Hakan Fidan bu gün Badr Abdelatti ilə telefon vasitəsilə əlaqə saxlayıb.

Görüş zamanı atəşkəs danışıqları ilə bağlı proses və qarşıdakı günlərdə keçiriləcək görüşlərin gündəliyi müzakirə olunub.

Bundan əlavə, humanitar vəziyyət və münaqişə bölgələrində mülki əhalinin qorunması məsələləri də diqqət mərkəzində olub.

Nazirlər qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və dialoqun davam etdirilməsi barədə razılıq ifadə ediblər.

Seçilən
21
cebheinfo.az

1Mənbələr