AZ

Niderlandda Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş poçt markaları çap edilib - FOTO

Niderlandda Azərbaycan Milli İncəsənət Muzeyi və xoreoqraf Saltanat Rəvanqızının birgə əməkdaşlığı ilə görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş poçt markaları çap edilib.

Azərbaycanın mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması məqsədilə xoreoqraf Səltənət Rəvanqızının müəllifi olduğu  "Azərbaycanın inciləri" layihəsi çərçivəsində Niderlandın rəsmi poçt operatoru PostNL tərəfindən buraxılan bu markalarda Mirzə Qədim İrəvaninin məşhur "Mah Tələt xanım" və "Fətəli şah" əsərləri əks olunub. Buraxılan markaların ilk nüsxəsi  Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında saxlanılacaq.

Bu təşəbbüs təkcə yubiley xarakteri daşımır, eyni zamanda Azərbaycan incəsənətinin klassik nümunələrinin beynəlxalq müstəvidə tanıdılması, ölkənin mədəni imicinin gücləndirilməsi və diaspor fəaliyyəti çərçivəsində mədəni diplomatiyanın təşviqi baxımından da əhəmiyyətlidir.

Qeyd edək ki, "Azərbaycan inciləri"layihəsi 5 ildən artıqdır ki, uğurla davam edir. Layihə çərçivəsində 50-ə yaxın marka çap olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
16
1
milli.az

10Mənbələr