“Qarabağ” xanım azarkeşlər üçün sektor ayırıb.
"Football-plus.az" xəbər verir ki, Misli premyer-liqasının 28-ci turunda “Sabah” ilə keçiriləcək qarşılaşmada komandaya dəstək olmaq istəyən xanım azarkeşlər üçün stadiona giriş yalnız hazırda satışı davam edən (10, 11, 12, 13, 16, 17, 18, 19 və VIP C, C2, D, D2) sektorlara aid olacaq. Biletlərin 16, 17 və 18 aprel tarixlərində stadionun kassalarından və ya Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən fanşopdan əldə olunması mütləqdi.
Xanımların pulsuz biletləri mütləq şəkildə oyun günü kassalardan əldə etmələri vacibdi.
Qarşılaşma aprelin 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 19.30-da başlayacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta