AZ

Ermənistandan ŞOK QƏRAR – Hava məkanını bağlayır

Ermənistan mayın 3-dən 5-nə qədər ölkənin hava məkanını yüngül və ultra-yüngül təyyarələr, həmçinin pilotsuz uçuş aparatları (PUA) üçün bağlayacaq. Ermənistan Mülki Aviasiya Komitəsinin yaydığı rəsmi bəyanatda bu addımın təhlükəsizlik mülahizələri ilə bağlı olduğu vurğulanıb.

NOCOMMENT.az xəbər verir ki, qərar həmin tarixlərdə ölkədə keçiriləcək irimiqyaslı beynəlxalq tədbirlərlə əlaqədardır. Belə ki, mayın 3-dən 5-nə qədər Ermənistanda Avropa Şurasının VIII sammiti, Ermənistan-Aİ sammiti və “İrəvan Dialoqu” forumu baş tutacaq. Tədbirlərdə çoxsaylı xarici nümayəndə heyətlərinin iştirakı gözlənilir.

Bəyanatda qeyd olunub ki, qeyd olunan müddət ərzində ümumi təyinatlı aviasiyanın, o cümlədən mülki dronların uçuşları qəti qadağandır. Bu məhdudiyyətlər yüksək səviyyəli qonaqların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilir.

Sara,
NOCOMMENT.az

Seçilən
12
nocomment.az

1Mənbələr