AZ

Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi (FOTO)

Bakı. Trend:

Azercell-in “Həyatı daha dolğun edirik: qadınlara dəstəkproqramı 2025” sosial layihə müsabiqəsinin qalibləritəşəbbüslərinin icrasını davam etdirirlər. Bu təşəbbüslərdən biriolan “StartHer” layihəsi ilkin seçim mərhələsini uğurlatamamlayaraq icra mərhələsinə keçib. Layihə Quba rayonunda yaşayangənc qadınların sahibkarlıq və startap sahəsində bilik vəbacarıqlarının inkişafını hədəfləyir.

Proqram çərçivəsində 20 gənc qadın üçün startapların qurulması,sahibkarlığın əsasları, maliyyə savadlılığı, komanda işi vəeffektiv təqdimat bacarıqları kimi aktual mövzuları əhatə edən 8təlim sessiyası təşkil olunacaq. Layihə müddətində iştirakçılarəldə etdikləri bilikləri praktik müstəvidə tətbiq edərək komandalarşəklində ideyalarını inkişaf etdirəcəklər. Təşəbbüs may ayındakeçiriləcək hakatonla yekunlaşacaq və iştirakçılar hazırladıqlarılayihələri münsiflər heyətinə təqdim edəcəklər. Qalib komandalarmüxtəlif mükafatlarla təltif olunacaqlar.

Layihə İnnovativ İnkişafa Dəstək İctimai Birliyi tərəfindənhəyata keçirilir.

Qeyd edək ki, Azercell-in artıq üç ildir həyata keçirdiyi busosial layihə müsabiqəsinin əsas məqsədi qadınların iqtisadimüstəqilliyini dəstəkləməklə ölkənin dayanıqlı inkişafına töhfəverməkdir. Müsabiqənin 2026-cı il üzrə çağırışı avqust ayında elanolunacaq.

Azercell-in
Azercell-in
Azercell-in
Məqalədə:
Seçilən
23
9
az.trend.az

10Mənbələr