Bakı. Trend:
Azərbaycan ilə Çin arasında kapital bazarı və ödəniş sistemləriüzrə inkişaf perspektivləri müzakirə edilib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Belə ki, Mərkəzi Bankın sədri Taleh Kazımov Çin Sənaye vəTicarət Bankının (ICBC Almaty) Direktorlar Şurasının üzvü ÇingizKanapyanovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bildirilib ki,görüşdə kapital bazarı və ödəniş sistemləri üzrəinkişaf perspektivləri, sahibkarlığın və biznes layihələrininmaliyyələşdirilməsi istiqamətində Azərbaycan bankları iləəməkdaşlıq məsələləri, o cümlədən bu çərçivədə birgə təşəbbüslərinhəyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən,2025-ci ildə Azərbaycanın Çinə birbaşa investisiyalarının həcmi9,957 milyon ABŞ dolları təşkil edib. Bu, 2024-cü illə müqayisədə7,2 milyon dollar və ya 3,6 dəfə çoxdur.
Hesabat ilində Azərbaycandan birbaşa xarici investisiyalarınümumi həcmində Çinə reallaşan investisiyaların payı 0,4% təşkiledib.
Çin isə öz növbəsində 2025-ci il ərzində Azərbaycaniqtisadiyyatına 26,895 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlkiildəki göstərici ilə müqayisədə 9,3 milyon dollar və ya 1,5 dəfəçoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində ÇindənAzərbaycana yatırılan investisiyaların xüsusi çəkisi 0,4% təşkiledib.
2024-cü il ərzində Çindən Azərbaycana birbaşa investisiyalarınümumi həcmi 17,6 milyon dollar, əks istiqamətdə isə 2,8 milyondollara bərabər olub.