AZ

Rusiya ABŞ sanksiyalarına baxmayaraq Çinə qaz satmağa davam edir - Reuters

Rusiyanın enerji nəhəngi "Qazprom" şirkəti Baltik dənizindəki Portovaya zavodundan sanksiyalar tətbiq edildikdən sonra Çinə ikinci LNG yükünü göndərib.

Turkustan.az xəbər verir ki, bu barədə " Reuters" məlumat yayıb .

LSEG gəmi izləmə məlumatlarına görə, əvvəllər Velikiy Novqorod kimi tanınan Valera qaz daşıyıcısı, yükü 25 yanvarda Baltik dənizindəki Portovaya zavodunda yükləyib və çərşənbə günü Beihai LNG terminalına çatdırıb.

İldə 1,5 milyon ton mayeləşdirilmiş təbii qaz istehsal gücünə malik Portovaya zavodu 2022-ci ilin sentyabr ayında fəaliyyətə başlayıb. Lakin, Ukraynadakı müharibə ilə əlaqədar olaraq Kremlin mayeləşdirilmiş təbii qaz istehsal və ixrac imkanlarını məhdudlaşdırmaq və bu ticarətdən əldə edilən gəlirləri azaltmaq üçün 2025-ci ilin yanvar ayında Rusiyaya qarşı tətbiq edilən əlavə ABŞ sanksiyaları səbəbindən zavodun ixracı dayandırılıb.

Fasilədən sonra zavoddan ilk yük ötən ilin dekabr ayında terminala çatdırılıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
2
1
turkustan.az

2Mənbələr