AZ

"Delfi": Lukaşenkonun litvalılar barədə açıqlamaları təhqir xarakteri daşıyır

Litvanın "Delfi" nəşri Belarus prezidenti Aleksandr Lukaşenkonun litvalılarla bağlı sözlərini təhqiramiz adlandırıb. 

HİT.az xəbər verir ki, 14 aprel tarixində Mogilyov vilayətinin cənub-şərqində yerləşən Krasnopolye şəhərində sosial-iqtisadi inkişafla bağlı keçirilən müşavirə zamanı Belarus lideri tapşırıqlarının yerinə yetirilmədiyini bildirərək tabeliyində olanları tənqid edib.

Lukaşenko çıxışı zamanı deyib: "Bəs iqtisadi göstəricilərin artmasından siyasi fayda nədir? Biz bu labuslara və digər axmaqlara yerini göstərdik".

"Delfi" nəşri bu sözləri şərh edərək bildirib ki, “labus” ifadəsi litvalılara qarşı təhqiramiz adlandırmadır və həmin sözün sovet dövründən bəri istifadə olunduğunu qeyd edir. Bu söz litva dilində “labas” (“salam”) ifadəsindən yaranıb.

Mart ayının sonunda Litva və Polşada qeydiyyatdan keçmiş yük maşınları Belarusdan çıxış edə bilib. Bu qərar Belarus prezidenti Aleksandr Lukaşenkonun göstərişi ilə qəbul edilib. Söhbət 2025-ci ilin payızında Litvanın “qeyri-dost hərəkətləri” səbəbilə ölkədə saxlanılan təxminən 2 min avtomobildən gedir. Belarus rəhbəri həmin yük maşınlarının sahibləri olan Polşa və Litva daşıyıcılarının müraciətindən sonra onların çıxışına icazə verib.

Samir

Seçilən
10
hit.az

1Mənbələr