
Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə silahlı insident baş verib.
AFN.az NTV-yə istinadən xəbər verir ki, hadisə Onikişubat bölgəsində Ayser Çalık orta məktəbində qeydə alınıb.
“TRT Haber”in son məlumatına görə, hadisə zamanı 4 nəfər həlak olub, daha 20 nəfər isə yaralanıb. İlkin məlumatlarda 6 nəfərin yaralandığı bildirilsə də, Kahramanmaraş valisi Mükerrem Ünlüer itkilərin olduğunu təsdiqləyib.
Xatırladaq ki, dünən Türkiyənin Şanlıurfa vilayətində də oxşar faciə yaşanıb. Ömer Ket adlı 19 yaşlı gənc avtomatla liseyə daxil olaraq ətrafdakı insanlara atəş açıb. Həmin hadisə zamanı aralarında şagird və müəllimlərin də olduğu 16 nəfər xəsarət alıb. Ö.Ket daha sonra eyni silahla özünə atəş açaraq intihar edib.
Hazırda Kahramanmaraşdakı hadisə yerinə çox sayda polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.