AZ

Türkiyədə məktəbdə qətliam törədən şagirdin ATASI saxlanıldı

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Türkiyənin Kahramanmaraş şəhərində Ayser Çalık Orta Məktəbinə silahlı hücum edilib. Atışma nəticəsində üç şagird və bir müəllimin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilib.

 

MÖVZU İLƏ BAĞLI: 

Hücumu 8-ci sinif şagirdi törədib… - Türkiyədə məktəbə hücumun TƏFƏRRÜATI – VİDEO

Silahlı hücumu səkkizinci sinif şagirdi həyata keçirib. O, iki sinfə daxil olaraq qarşısına çıxanlara atəş açıb. Hücumda beş silahdan istifadə olunub, 20 daraq güllə atılıb. Hücumu törədən şəxsin atası təqaüddə olan polis əməkdaşıdır.Bizim.Media xəbər verir ki, silahlı hücumla bağlı aparılan istintaq çərçivəsində hücumu törədən şagirdin atası U.M. saxlanılıb.Kahramanmaraş valisi Mükerrem Ünlüer bildirib ki, hücumçunun çantasından çıxan silahların atasına məxsus olduğu ehtimal edilir.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
1
bizim.media

2Mənbələr