ain.az, Idman.biz portalına istinadən məlumat verir.
“Liverpul” və “Nyukasl” klublarının sabiq ulduzu Conco Şelvi 34 yaşında peşəkar futbolçu karyerasını başa vurduğunu elan edib. 18 illik karyerasına nöqtə qoyan təcrübəli oyunçu dərhal yeni ampluada fəaliyyətə başlayıb.
İdman.Biz xəbər verir ki, Şelvi Birləşmiş Ərəb Əmirliklərinin İkinci divizionunda mübarizə aparan “Arabian Falcons” klubunun baş məşqçisi təyin olunub.
2025-ci ilin sentyabrından bu komandada futbolçu kimi çıxış edən ingiltərəli yarımmüdafiəçi, cəmi səkkiz oyundan sonra butslarını mismardan asaraq texniki zonaya keçmək qərarına gəlib.
Qeyd edək ki, Şelvi yeni vəzifəsində “Mançester Yunayted”in sabiq futbolçusu Ravel Morrisona rəhbərlik edəcək. Klubun idman direktoru vəzifəsini isə “Kristal Palas”ın keçmiş üzvü Ceyson Pançion icra edir.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.