AZ

Nazirlər Kabinetinin bəzi səlahiyyətləri ləğv edildi



Nazirlər Kabinetinin bəzi səlahiyyətləri ləğv edilib, hərbi xidmət sahəsində isə yeni tənzimləmələr tətbiq olunub.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polis haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Bədən tərbiyəsi və idman haqqında” Qanunlara edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliklərə əsasən, bir sıra hallarda “hərbi komissarlıq” anlayışı “müvafiq icra hakimiyyəti orqanı” ilə əvəz edilib, həmçinin “həqiqi hərbi xidmət” anlayışı ilə bağlı dəqiqləşdirmələr aparılıb.

Bundan əlavə, hərbi qeydiyyat, çağırış və xidmətə qəbul qaydaları yenilənib, bəzi maddələr ləğv olunub və yeni normalar müəyyən edilib.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.

Seçilən
6
1
baki-xeber.com

2Mənbələr