BAKI, 15 aprel. TELEQRAF
“Avropa İttifaqı (Aİ) Gürcüstanla dialoqu əngəlləyir”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili deyib.
“Təəssüf ki, Brüssel getdikcə dialoqu əngəlləyir və diktə dilinə keçir, bu, yanlış yoldur. Avropa İttifaqı öz daxilində bu problemləri həll edilməlidir. Təəssüf ki, Brüssel bu gün namizəd ölkələr üçün onları dəstəkləməkdən və Avropaya inteqrasiya yolunda kömək etməkdən daha çox problem yaradır”, - spiker bildirib.