“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 19 noyabr tarixli 356 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 19 noyabr tarixli 356 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 11, maddə 1279 (Cild I); 2024, № 12 (I kitab), maddə 1323; 2025, № 12 (II kitab), maddə 1222) 1-ci hissəsində “Budaqov Tahir Yaqub oğlu” sözləri “Mursaqulov Azər İsmayıl oğlu” sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 15 ” “ aprel ” 2026-cı il
№ 104