Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum edən səkkizinci sinif şagirdinin atası saxlanılıb. 1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hücumu törədən İsa Aras Mersinlinin atası, keçmiş polis zabiti Uğur Mersinli dindirilmək üçün hüquq-mühafizə orqanlarına aparılıb. İlkin məlumatların əksinə olaraq, hücum edən şəxs saxlanılmayıb, intihar edib. Onun məktəbə beş tapança və yeddi daraqla gəldiyi, silahların atasına məxsus olduğu ehtimal edilir. Hadisə zamanı dörd nəfər həlak olub, onlardan üçü şagird, biri isə müəllimdir. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib ki, hadisənin bütün təfərrüatları ilə bağlı geniş araşdırma aparılır.