Tbilisi, 15 aprel, AZƏRTAC
Avropa inteqrasiya prosesinin "Gürcü Arzusu" partiyasının birtərəfli qərarı ilə 2028-ci ilə qədər dayandırılması yalandır. Avropaya inteqrasiya prosesi heç vaxt dayanmayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili parlamentdəki çıxışı zamanı söyləyib.
O bildirib ki, Avropa İttifaqı Şurası qərar qəbul etdikdən sonra Gürcüstan hökuməti Aİ ilə danışıqlar aparmağa hazırdır.
Nazir deyib: "Gürcüstanın Avropa perspektivi, namizəd statusu və ya Aİ üzvlüyü ilə bağlı sonsuz bəyanatların, təhdidlərin və şantajların nəyə xidmət etdiyi bizə və cəmiyyətimizin əksəriyyətinə aydındır”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi