AZ

​İkardinin yeni klubu bəlli oldu

“Qalatasaray”ın ulduz futbolçusu Mauro İkardi ilə bağlı ayrılıq iddiaları yenidən gündəmə gəlib. 32 yaşlı hücumçu mövsümün sonunda İstanbul komandasını tərk edəcək.
Metbuat.az xəbər verir ki, bu iddia ilə Argentina mediası çıxış edib.Xarici KİV-in yazdığına görə, İkardi ilə klub rəhbərliyi arasında gələcək planlar barədə ciddi fikir ayrılığı yaranıb.

Argentina mətbuatının iddiasına görə, İkardinin yeni ünvanı ölkəsinin köklü klublarından “River Plate” olacaq. Xəbərdə təcrübəli hücumçunun karyerasını vətənində davam etdirməyə daha isti baxdığı qeyd edilir.

Seçilən
1
metbuat.az

1Mənbələr