AZ

“Liverpul”un Robertsonun əvəzləyicisini tapdı

“Liverpul” mövsümün sonunda klubdan ayrılacaq Endryu Robertsonun yerinə Almaniya millisinin və “Leypsiq”in sol cinah müdafiəçisi David Raumu seçməyi düşünür.

Msport.az xəbər verir ki, “qırmızılar” həmçinin oyunçunu Miloş Kerkez üçün potensial rəqib kimi görürlər.

ss“Mançester Yunayted” Raumun potensial transferi uğrunda “Liverpul”la rəqabət apara bilər. “Leypsiq” 27 yaşlı müdafiəçini saxlamaqda maraqlıdır.

Bu mövsüm Raum bütün turnirlərdə 32 oyunda meydana çıxıb, üç qol vurub və səkkiz məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Seçilən
19
msport.az

1Mənbələr