“Mançester Yunayted”də gözlənilən səviyyəni göstərə bilməyən Manuel Uqarte klubu tərk edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Nyukasl” uruqvaylı yarımmüdafiəçini heyətinə qatmaq üçün hərəkətə keçib.
42 milyon funt-sterlinqə transfer olunan futbolçu bu mövsüm cəmi 7 oyunda əsas heyətdə yer alıb və onun İngiltərənin şimalında yeni başlanğıc edəcəyi ehtimal olunur.