AZ

Leandro Andrade: Dünyanın ən yaxşılarına qarşı mübarizə aparmaq xüsusi hissdir

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

"Bu, bir faktdır ki, biz tarix yazdıq və bu, heç vaxt unudulmayacaq bir nailiyyətdir".

BAKU.WS xəbər verir ki, bunu AZƏRTAC-a "Qarabağ"ın kaboverdeli yarımmüdafiəçisi Leandro Andrade deyib.

O, "Qarabağ" klubunun Çempionlar Liqasındakı iştirakını xüsusi edən amilləri sadalayıb:

"Çempionlar Liqasındakı iştirakımızı bu qədər xüsusi edən bir neçə amili də sadalaya bilərəm: 30 min azarkeşimizin qarşısında qələbə qazanmaq, onların enerjisini hiss etmək, əfsanəvi stadionlarda oynamaq, dünyanın ən yaxşı komandalarına qarşı mübarizə aparmaq.

Bir futbolçu olaraq, bu turnirdə iştirak etməyi, oynamağı, qol vurmağı və qələbə sevinci yaşamağı mənə nəsib etdiyi üçün Tanrıya sonsuz minnətdaram. Bu mövsüm mənim üçün öyrənmə baxımından dəyərli oldu".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
baku.ws

2Mənbələr