AZ

Sülhə gedən yolda mina təhlükəsi: İtaliyada Azərbaycana həsr olunmuş konfrans

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 15 aprel, AZƏRTAC

Aprelin 14-də İtaliya Senatında İtaliya–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri senator Marko Skurriyanın təşəbbüsü, Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin iştirakı ilə “Minalardan təmizləmə: təhlükənin qarşısının alınması, gələcəyin yenidən qurulması. Azərbaycanın baxışı” mövzusunda konfrans keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, senator Marko Skurriya Azərbaycandakı mina problemi barədə məlumat verərək, iki ölkə arasında minatəmizləmə sahəsində mövcud əməkdaşlığı qeyd edib, bu problemin sülh prosesini və vətəndaşların yurdlarına qayıdışını gecikdirdiyini bildirib.

Respublika Təhlükəsizlik üzrə Parlament Komitəsinin katibi, deputat Ettore Rozato Qarabağda aparılan sürətli yenidənqurma işlərini təqdir edib, mina ilə çirklənmiş ərazilərdə həyata keçirilən əməliyyatların əhəmiyyətini vurğulayıb.

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin idarə rəisi, səfir Canluka Brusko tədbirin əhəmiyyətini qeyd edərək, iki ölkənin minatəmizləmə qurumları arasında əməkdaşlıq perspektivlərindən danışıb.

ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladov Azərbaycandakı mina təhlükəsi və onun doğurduğu faciəvi nəticələr barədə məlumat verib. O, yenidənqurma və reabilitasiya işlərində əsas maneənin minalar olduğunu bildirərək, ölkəmizdə tətbiq edilən minatəmizləmə üsullarını diqqətə çatdırıb.

İtaliyanın Minalara Qarşı Kampaniyasının direktoru Ciuzeppe Skiavello ölkəsinin bu sahədə təcrübəsini vurğulayıb, müvafiq qurumlar arasında əməkdaşlıqdan bəhs edib.

Qarabağda yenidənqurma, memarlıq və mədəni irsin qorunması sahəsində iştirak edən “ArtCloud Network International” şirkətinin kreativ direktoru Fabritsio Konti azad olunmuş ərazilərə səfərləri ilə bağlı təcrübəsini bölüşüb.

Sonda minatəmizləyən qadınlar və ərazilərdəki vəziyyətə dair iki video nümayiş etdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
azertag.az

1Mənbələr