AZ

İndoneziyanın şəhərlərindən biri Şuşa ilə qardaşlaşacaq



Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov İndoneziya Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Berlian Helmini ilə görüşüb.

Newscenter.az xəbər verir ki, Şuşada aparılan bərpa-quruculuq işləri, infrastrukturun yenilənməsi, əhalinin köçü barədə məlumat verən Aydın Kərimov bildirdi ki, mədəniyyət paytaxtımızın bərpa və yenidənqurulması layihələri Şuşanın özünəməxsus memarlıq ənənələrinə və xalqımızın milli dəyərlərinə söykənir. Səfir Berlian Helmini isə öz növbəsində gələcəkdə İndoneziyanın hansısa bir şəhərinin Şuşa ilə qardaşlaşmasının iki ölkə arasında münasibətlərə öz layiqli töhfəsini verə biləcəyini xüsusi vurğuladı.

Görüşdə, eyni zamanda ölkələrimiz və xalqlarımız arasında ikitərəfli münasibət, dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışılıb.

Süleyman
Seçilən
23
newscenter.az

1Mənbələr