AZ

Sea Breeze Resort a 55 hektar əlavə torpaq ayrıldı Baş Nazirdən qərar

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması haqqında" qərar qəbul edilib.Demokrat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərar əsasən, Bakı şəhərinin Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində "Sea Breeze Resort" istirahət zonası üçün yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə əlaqədar Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında 9.08 hektar və su akvatoriyasında 46 hektar olmaqla, sahilboyu zolağa bitişik biri düzbucaqlı, digəri gəmi formasında olan iki süni torpaq sahəsinin yaradılması məqsədilə ümumilikdə 55.08 hektar su fondu torpaq sahəsi ayrılıb.Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
12
demokrat.az

10Mənbələr