AZ

Azərbaycanda dizel artıb: kerosin və neft hasilatı azalıb

Bakı. Trend:

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda neft və neftməhsulları üzrə istehsal göstəricilərində fərqli dinamika müşahidəolunub.

Trend bu barədəDövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə ölkədə 587 min ton dizel yanacağı istehsaledilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 min ton vəya 6,3% çoxdur. 1 aprel tarixinə dizel üzrə hazır məhsul ehtiyatı172,3 min ton təşkil edib.

Eyni dövrdə kerosin istehsalı azalıb. Belə ki, yanvar-martaylarında 125,8 min ton kerosin istehsal olunub ki, bu da illikmüqayisədə 23 min ton və ya 15,5% azdır. Hazır məhsul ehtiyatlarıisə 24,8 min ton olub.

Digər tərəfdən, ölkədə xam neft hasilatı 6,630 milyon ton təşkiledib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 234 min tonvə ya 3,4% azdır. Bunun 6,612 milyon tonu əmtəəlik xam neftinpayına düşüb.

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 360,5 min tonavtomobil benzini istehsal olunub. Məlumata əsasən, bu göstərici2025-ci ilin eyni dövrü ilə müqayisədə 23,5 min ton və ya 7%azalıb. 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda 337 min tonavtomobil benzini istehsal olunub. Cari ilin 1 aprel tarixinə olavəziyyətə görə, ölkədə hazır məhsul ehtiyatları 57,3 min ton təşkiledib. Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü iləmüqayisədə 23,5 min ton və ya 7% azalıb.

Ümumilikdə, neft məhsullarının istehsalı sahəsində istehsalınhəcmi 1,284 milyard manat olub ki, bu da illik müqayisədə 2,9%azalma deməkdir. Bununla yanaşı, neft koksunun istehsalı 35,4%,avtomobil benzinin istehsalı 7,3%, dizel istehsalı isə 6,2%artıb.

Eyni zamanda, kerosin istehsalı 15,5%, neft bitumu 17,3%, mazutistehsalı isə 76,4% azalıb.

Qeyd edək ki, hasilat sənayesində ümumi istehsalın dəyəri 8,7milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü iləmüqayisədə 0,7% azdır.

Məqalədə:
Seçilən
22
2
az.trend.az

3Mənbələr