AZ

İnternetə nəzarət güclənir: Domenlər üçün yeni sistem

Rusiyada internet domenləri üçün yeni dövr başlayır. 

1 sentyabr 2026-cı il tarixindən etibarən .ru, .rf və .su uzantılı domenlərin idarəçiləri kimliklərini Gosuslugi portalı vasitəsilə təsdiqləməli olacaqlar. 

"Cebheinfo.az" xəbər verir ki, yeni qanunun qüvvəyə minməsi ilə bağlı xatırlatma RuCenter tərəfindən edilib. Yeni qaydalar həm fərdi şəxsləri, həm sahibkarları, həm də şirkətləri əhatə edir.

Yeni sistem çərçivəsində kimlik təsdiqi aparılmadan domen qeydiyyatı mümkün olmayacaq, mövcud domenlərin müddəti isə uzadıla bilməyəcək. Təsdiqləmə yalnız “Gosuslugi” üzərindən təsdiqlənmiş hesablar vasitəsilə həyata keçiriləcək.

Rəsmilər bildirirlər ki, bu addım xüsusilə dələduzluq fəaliyyətlərini azaltmağa yönəlib. 2025-ci ildə qeydiyyat qurumlarına daxil olan 62 mindən çox pozuntu müraciətinin 42 mindən çoxu fişinq saytları ilə əlaqəli olub.

Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən yayımlanan yeni qaydalar ekstremist və ya arzuolunmaz təşkilatlar siyahısında yer alan şəxslərə domen verilməməsini də nəzərdə tutur.

Məlumatlara görə, .ru domen zonasında 6,1 milyondan çox domen mövcuddur. Təxminən 30 min idarəçi isə xarici statusa malikdir.

“Runity Group” xarici istifadəçilər üçün yay aylarına qədər yeni bir həll təqdim etməyi planlaşdırır. Bu modeldə nominal sahib domeni qeydiyyatdan keçirəcək, faktiki istifadəçi isə müqavilə əsasında idarəetmə hüququndan istifadə edəcək. 

Bildirilir ki, xaricilər artıq “Gosuslugi” üzərindən hesab aça bilirlər. Yəni xarici istifadəçilər .ru uzantılı domenlərdən “dolayı” şəkildə istifadə edə biləcəklər.

Bu addımın Rusiyanın internet domen məkanında daha sərt nəzarət dövrünün başlanğıcı olacağı gözlənilir.

Seçilən
18
50
cebheinfo.az

10Mənbələr