AZ

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol yığmasının rəqibləri müəyyənləşib

Bakı, 15 aprel, AZƏRTAC

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının Dünya Kubokundakı rəqibləri bəlli olub.

Azərbaycan Basketbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığmamız A qrupunda Niderland, Polşa, Çexiya və Madaqaskar seçmələri ilə mübarizə aparacaq.

Qeyd edək ki, Dünya Kuboku iyunun 1-dən 7-dək Polşanın paytaxtı Varşava şəhərində keçiriləcək.

Seçilən
27
1
azertag.az

2Mənbələr