ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Futbol üzrə Azərbaycan II Liqasında XXII tur çərçivəsində baş tutan “Şəki Siti” - “Ağstafa Gəncləri” oyununda baxımlı qol qeydə alınıb.
İdman.Biz xəbər verir ki, qarşılaşmanın 8-ci dəqiqəsində “Şəki Siti”nin futbolçusu Rəsul İbrahimov rəqib qapıçının öz mövqeyini tərk edərək irəli çıxmasından istifadə edərək topu meydanın mərkəzindən tora qovuşdurub.
Lakin vurulan bu baxımlı qol “Şəki Siti”ni məğlubiyyətdən qurtara bilməyib. Oyun qonaqların - “Ağstafa Gəncləri” komandasının 4:1 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.
“Şəki Siti”nin futbolçusu Rəsul İbrahimovun vurduğu baxımlı qolu təqdim edirik:
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.